Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2016

Lənkəranda Hüseyniyyəni bağladılar. “Bizə yuxarıdan əmr gəlib ki...”

Bir neçə gün öncə Lənkəranda məscid bağlanması ilə məlumat yayılmışdı. Məlum oldu ki, bağlanan məscid yox, Lənkəran şəhər Ə. Vahid küçəsində yerləşən Əbəlfəzl Abbas məscidinin nəzdində fəaliyyət göstərən Hüseyniyyə imiş.

Bu Hüseyniyyə qadınlar üçün nəzərdə tutulmuş və hətta Quran dərsləri də keçirilirmiş. Bütün bu işlər də tam qanun çərçivəsində gerçəkləşirmiş.

Redaksiya daxil olan şikayətlərdə deyilir: "Təxminən Dekabrın 18-də dini komitənin Lənkərandakı nümayəndəsi və cənub bölgəsinin qazisi Hacı Sədi Axundzadə polislərlə birgə gələrək icmanı təhvil verməyimizi istədilər.”

Daha sonra onlara hədə-qorxu gəldiklərini dilə gətirən şikayətçilər bildirirlər ki, "bütün işləri qarışdıran Hacı Sədidir.”

Şikayətçi yazır: "Axundu şərləyib uzaqlaşdırdılar və sonra növbə dini icmaya çatdı. Oranı da ələ aldılar. İndi də xanımlara icazə vermirlər Hüseyniyyədən istifadə etməyə. Hətta tədbir keçirtməyi də bizə qadağan etdilər. Onlardan səbəb soruşduqda bizə dedilər ki; "bizə yuxarıdan əmr gəlib ki burda heç bir fəaliyyət ola bilməz. Dedilər ki buranı bağlayırıq vəssalam.”

Digər bir şikayətin mətnində deyilir: "Qızlarımız kiçik yaşda orda Quranı, dinini öyrənirdi. Bunlar necə dini idarənin adından danışırlar ki, balalarımızı dinlərini öyrənməyə qoymurlar. Belə qüdrətlisinizsə gedin narkotin qabağını alın. Gözünüzün qabağında baş verir. Bura (Allah məni bağışlasın sözümə görə) əxlaqsızlığı yayan bir yer olsaydı yenə bu dini idarəni əl-ayağa salardı? Bəsdirin siz Allah.”

Şikayətçilər bu məsələnin tezliklə qanun çərçivəsində həllinin tapmasını ümid edirlər./Xeberman/






811 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
</