Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2016

Rusiya və NATO arasında müharibə başlaya bilər

"Baltik dənizində Rusiya və NATO arasında müharibə başlaya bilər".

Bunu İsveçin müdafiə naziri Mişel Biden Litvaya səfəri zamanı keçirdiyi mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, Rusiyanın hərəkətləri və NATO-nun buna verdiyi cavablar vəziyyəti daha da gərginləşdirir: "İsveç Rusiyanın siyasi hədəflərə çatmaq üçün hərbi gücdən istifadə etmək istədiyi və bölgədə hərbi gücünü artırdığı bir ərazidə yerləşir. Digər tərəfdən, NATO da hərbi varlığını artırır. Bunlar bölgədə vəziyyətin gərginləşməsinə səbəb ola bilər. Bundan başqa, Rusiyaya məxsus qırıcılar İsveç sərhədlərinə çox yaxın məsafədə uçurlar. Bunları qəbul etmək çox çətindir. Bunu hansı səbəbdən etdikləri də məlum deyil".
690 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:32