Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2016

Bu silah qarşısında "gözəgörünməz" ABŞ təyyarələri də aciz qalacaq

Rusiya 2016-cı ildə S-500 “Prometey” hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirməyə başlayacaq.

Yeni HHM sistemi imkanlarına görə S-400-ləri geridə qoyacaq. ABŞ-ın “The National İnterest” jurnalı yazır ki, Pentaqon yeni rus silahının ən “gözəgörünməz” amerikan təyyarələrini aşkara çıxara biləcəyindən qorxur.

Zenit kompleksinin 2017-ci ildə silahlanmaya qəbul olunacağı və HHM sisteminə inteqrasiya olunacağı gözlənilir. “Prometey” eyni vaxtda saniyədə 7000 metr uça bilən 10 ballistik raketi aşkarlaya bilir. Bundan əlavə zenit kompleksi 185 km yüksəklikdə 600 km uzaqlıqda olan hədəfləri vurmaq qabiliyyətinə malikdir. Bu o deməkdir ki, S-500-lər kosmik məkanda uçan raketləri vurmaq qabiliyyətinə malik olacaq.

S-500 S-400-lər kimi obyektləri radarda dəqiq aşkar etməyi bacaracaq. ABŞ hərbi-sənaye kompleksinin nümayəndələri qeyd edir ki, SSRİ-nin dağılması Rusiya hərbi sənayesinin tənəzzülünə səbəb olsa da, yüksək texnologiyalı HHM kompleksləri yaratmaq üçün elmi potensialını qoruyub saxlayacaq.

Pentaqon ehtiyat edir ki, hətta F-22, F-35, B-2 kimi radarlara düşməyən təyyarələr üçün yeni müdafiə sistemini keçmək problem olacaq.
801 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber