Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2013

"Min manat maaşla nazirin yüz milyonu ola bilməz"

Məmurların var-dövlətləri ilə bağlı cüzi sanksiya kifayətdir ki, siyasi məhbuslar azadlığa buraxılsın

Aslan İsmayılov: “Avropa və Amerikada olanlar çox gözəl bilirlər ki, min manat maaşla nazirin yüz milyonu ola bilməz”

Nüfuzlu yerli və beynəlxalq hüquq təşkilatlarının hesabatlarına görə hazırda Azərbaycanda 142 siyasi məhbus var və onların hamısı dərhal azadlığa buraxılmalıdır. Məhbuslar arasında tanınmış siyasi liderlər, gənc fəallar, ilahiyyatçı alimlər, jurnalistlər, bloggerlər, dini və siyasi azadlığına görə həbs edilən şəxslər də var. Digər tərəfdən siyasi məhbus anlamına görə bu günə qədər Azərbaycan hökumətinə qarşı kifayət qədər təzyiqlər olmaqla yanaşı, ölkənin adının insan hüquqları ilə bağlı qara siyahıya düşməsinə gətirib çıxarıb. Lakin təzyiqlərə, tənqidlərə və bəyanatlara baxmayaraq Azərbaycan hökuməti siyasi məhbusların sayını artırmaqda davam etməklə yanaşı, hər hansı bir siyasi məhbusu azadlığa buraxmaqda maraqlı deyil. Bəs hökumətin bu inadı nə vaxta qədər davam edəcək? Ümumiyyətlə Azərbaycan hakimiyyəti siyasi məhbusları nə vaxta qədər həbsxanada saxlaya biləcək? FaktXeber.com-un sualları ilə bağlı açıqlama verən tanınmış vəkil, hüquq müdafiəçisi Aslan İsmayılov maraqlı fikirlər səsləndirdi. Aslan bəyin sözlərinə görə, Azərbaycan hökumətinin inadının müddəti Amerika və Qərbin təzyiq və tədbirlərindən asılıdır. Əks halda siyasi məhbusların həbsxanada qalmasının uzun müddət davam edəcəyini bildirən hüquq müdafiəçisi, “bu günə qədər siyasi məhbusların azadlığa buraxılmamasının başlıca səbəbi, məhz sözügedən güclərin təzyiqlərinin lazımı formada olmaması ilə bağlıdır”, - deyə qeyd etdi: “Qərb dövlətləri enerji resurslarına görə insan haqları ilə bağlı baş verən neqativ hallara göz yumurlar. Bu gün azərbaycanlı məmurların hamısının var dövlətləri xaricdədir. Həmin məmurların pulları ilə bağlı cüzi sanksiya tətbiq etmək kifayətdir ki, dərhal bütün problemlər həll olunsun. Ona görə ki, hakimiyyətdə olan məmurlar var-dövlətlərini itirmək istəmirlər. Avropa və Amerikada olanlar çox gözəl bilirlər ki, min manat maaşla nazirin yüz milyonu ola bilməz.”
1740 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı