Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2016

28 fevralda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Fevralın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru isə yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Cənub küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Fevralın 28-də gündüz arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 11-16, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.
697 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:07