Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2016

Suriya ordusu 35 İŞİD silahlısı məhv edib

Suriya ordusu Xama əyalətində İŞİD silahlılarının hücumunu dəf edərək, 35 terrorçunu məhv edib. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə SANA məlumat yayıb.

Məlumata görə, silahlılar ordunun Salamiyə şəhərindəki mövqelərinə hücum etməyə cəhd ediblər. Lakin hərbçilər hücumun qarşısını alaraq, 35 silahlı, üzərində iriçaplı pulemyot quraşdırılmış 4 “pikap” tipli minik avtomobili, buldozer, artilleriya silahları və minaatanları məhv edib.

Qeyd edək ki, fevralın 27-dən qüvvəyə minən müvəqqəti atəşkəs rejimi İŞİD, “Cəbhət ən Nüsrə” və digər terror qruplaşmalara aid edilmir.
650 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15