Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2013

Nazirliyin işçisini güllələyən şəxs tutuldu

Ekologiya və Təbii Sərvətlər Nazirliyin əməkdaşına silahlı hücum edən şəxs artıq tutulub.

Bərdə Rayon Polis Şöbəsindən Modern.az-a verilən məlumata görə, nazirlik əməkdaşına atəş açmış şəxs artıq istintaqa cəlb edilib. Polis idarəsindən onu da bildiriblər ki, faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, nazirliyin bir əməkdaşı 12 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin (xidməti ərazisi Tərtər, Yevlax, Bərdə və Ağdaş rayonlarını əhatə edir) mühafizə yegeri Pərviz İsmayılov Bərdə rayonunun Seyid Yusifli kəndinin ərazisində, Qarabağ-Şəki meşə zolağının yaxınlığındakı sahədə qanunsuz ov edilməsi hallarının qarşısını almaq məqsədilə keçirilən növbəti reyd zamanı naməlum şəxslər tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.

Qanunsuz ov edən şəxslər xidməti vəzifəsini yerinə yetirən P. İsmayılovun ərazini tərk etmək və silahları təhvil vermək tələbinə məhəl qoymayıb və onlardan biri ov tüfəngi ilə atəş açaraq onu bud nahiyəsindən yaralayıb.
1572 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
Go to TOP