Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2013

İrandan Azərbaycana qida məhsullarının hazırlanması üçün konveyerlər gətiriləcək

Bakıda Azərbaycan və İran iş adamlarının iştirakı ilə keçirilən biznes forum çərçivəsində bir sıra sahələr üzrə razılıq əldə olunub.

Bunu Tehran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası sədri Yəhya Əli-İshaq Azərbaycan Ticarət Palatasında keçirilən görüş zamanı bildirib.

O deyib ki, iki ölkənin şirkətləri arasında qida məhsullarının hazırlanması üçün konveyerlərin gətirilməsi üzrə müqavilə imzalanıb.

“Həmçinin şirkətlər arasında neft və qaz sahəsində araşdırmaların aparılması və inkişaf etdirilməsi sahəsində, o cümlədən qida məhsullarının Azərbaycana idxal olunmasına dair ilkin razılıq əldə olunub ”, - deyə Y. Ə. İshaq qeyd edib.

Palata sədri əlavə edib ki, iki ölkə arasında qida sənayesi, tikinti materialları, müxtəlif infrastruktur layihələrin hazırlanması, enerji sektoru, tibbi-turizm sahəsində əməkdaşlıq etmək üçün böyük potensiallar mövcuddur./apa/
1470 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:34