Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2013

Fətullah Gülənin möhtəşəm malikanəsi - Foto

«Reuters» agentliyi Fətullah Gülənin ABŞ-dakı malikanəsinin şəkillərini yayımlayıb. Göründüyü kimi, villa böyük bir ərazidə – yaşıllıqların içində tikilib. Əraziyə gediş-gəliş xüsusi buraxılışla olduğu üçün jurnalistlər malikanənin şəklini helikopterdən çəkməyə məcbur olublar. Məlum olduğu kimi, 72 yaşlı Gülənin 1999-cu il martın 21-də köçdüyü malikanə Pensilvaniya ştatının Saylosburq şəhərinin ətrafında yerləşir. Gülənə aid Qızıl nəsil İbadət və İstirahət Mərkəzinin də içində yerləşdiyi malikanə Manhattandan 140 kilometr aralıda yerləşir. Çox sayda otaqları olan 3 qatlı malikanənin geniş eyvanları, hətta mansarındakı otaqları çox vaxt qonaqların xidmətində olur. Geniş avtoparkı, ətrafı ağaclarla sarılan asfalt yolları, yardımçı binaları ilə birlikdə möhtəşəm görüntü yaradan malikanə Fətullah Gülənin yaxın dostu olan Necdət Başaranın yardımı ilə 1993-cü ildə Golden Generation (Qızıl Nəsil Vəqfi) tərəfindən satın alınıb.



1526 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:23
P