Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Fevral 2016

Azərbaycan növbəti devalvasiya ərəfəsində: dollara tələbat kəskin artıb

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun “devalvasiya olmayacaq, manat güclənir” bəyanatına baxmayaraq, Azərbaycan üçüncü devalvasiyanın astanasındadır. Ekspertlər hesab edir ki, Elman Rüstəmov yenə də cəmiyyəti aldatmaqla məşğuldur.

Onlar elə Mərkəzi Bank rəhbərinin öz açıqlamaları ilə devalvsiyanın artıq astanada olduğunu bildirirlər. “Bankların dollara tələbatı 4 dəfə artıb. Mərkəzi Bank bir neçə gün əvvəl 50 milyon dollar valyuta kütləsi satıb. Bu real tələbatın 20.6 faizidir. Real tələbat isə 243 milyon dollardır. Nəzərə alsaq ki, mart bayramlar ayıdır və bu ayda alış-veriş artır, o zaman tələbatın bir qədər də artacağını söyləmək olar. Digər tərəfdən faktiki olaraq devalvasiyanı yaradan səbəblər aradan qaldırılmayıb. Hökumət xaricə pul çıxarılmasının qarşısı idxalı məhdudlaşdırmaqla almağa çalışsa da, bu effekt verməyəcək.

Real islahatlar həyata keçirilməlidir. Bu isə baş vermir. Hələ 21 dekabr devalvasiyasından sonra manatın növbəti dəfə mart ayında ucuzlaşcağı barədə ehtimallar irəli sürülürdü. Bu da səbəbsiz deyil. 21 dekabr devalvasiyasından sonra Mərkəzi Bank 1 həftə ərzində bazara 750 milyon dollar kütləsi satmışdı. Göründüyü kimi bu proses indi də davam edir və bazarda dollara tələbat kəskin artır. Bu da növbəti devalvasiyanın qaçılmaz olduğunu şərtləndirir”, – deyə ekpertlər bildirir./azadlıq/
622 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 16:53