Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2013

Obamanın qardaşı atalarını ifşa etdi

“Bu kitabdan sonra ailəmdə bəzi yaxınlarım məndən uzaqlaşıb”.

ABŞ prezidenti Barak Obamanın yarıögey qardaşı Mark Obama Ndesandjo-nun ailəsi haqqında yazdığı avtobioqrafik kitabı çap olunub. Ndesandjo kitab haqqında “Assoşeyted Press”ə müsahibə verib.

Hafta.az “Assoşeyted Press”dəki müsahibəyə istinadən xəbər verir ki, müəllif bu kitabı ailəsində baş verən hadisələr əsasında məişət zorakılığına qarşı təbliğat üçün yazıb.

“Cultures: My Odyssey of Self-Discovery“ adlı kitabında atalarının içkili formada anasını döyməsi, ailəsində baş verən məişət zorakılığını qələmə alıb. Onun qeyd etdiyi bir hadisəyə görə, bir dəfə atası ona qarşı gəldiyi üçün anasının boğazına bıçaq tutub hədələyib. Eyni zamanda, kitabda qardaşı Barak Obama ilə bağlı maraqlı hadisələr, faktlara da yer verib.

Kitabın təqdimatı günü konfransdan əvvəl jurnalistlər Ndesandjo-dan qardaşı ilə münasibətinin nə yerdə olduğunu soruşub. Həmin suala belə cavab verib : “Hazırda münasibətimiz çox soyuqdu, düşünürəm ki, bu kitabı yazmağımın da münasibətimizə təsiri olub”.

Ndesandjo həmçinin qeyd edir ki, prezidentin yaxınları, ailə üzvləri də ailə məsələlərini ictimailəşdirdiyi üçün ondan narazıdırlar: “Bu kitabdan sonra ailəmdə bəzi yaxınlarım məndən uzaqlaşıb”.

Bundan 4 il əvvəl Barak Obama “Atamın arzuları” adlı avtobioqrafik əsərində ailəsindən, uşaqlıq xatirələrindən yazmışdı. Həmin kitabda B. Obama uşaqlıqda çox az gördüyü atası barədə xatirələrini, istəklərini qeyd edib. Qardaşı Ndesandjo-nun kitabında bəhs etdiyi atası isə Barakın ögey atasıdır. Ndesandjo kitabda Barakın “Atamın arzuları”avtobioqrafiyasında yazdığı faktların əksəriyyətinin səmimi olmadığını yazır. Bu barədə müsahibəsində də deyib : “Bu sadəcə bir düzəlişdir. Barakın yazdığı kitabda yanlışlar çoxdur. Düşünürəm ki, həmin kitabı Obama kimliyini təsdiq etməyə bir vasitə kimi yazıb. Mən doğruluq üçün bunu ilk növbədə nəzərə çatdırmaq istədim. Öz hekayəmi başqalarının dilindən yox özüm danışmaq istəyirəm”.

Münasibətlərinin uzaq olmasına təəssüflənən Ndesandjo bildirib : “ Ümid edirəm ki, qardaşımla bir gün həqiqətən, bir-birimizə sarılıb yenidən ailə olacağıq”.

Qeyd edək ki, Ndesandjo və Obama bir yerdə böyüməyiblər. Ndesandjo Kenyada doğulsa da kollec təhsili üçün Amerikaya gəlir və bundan sonra burda yaşayır. Onların anası amerikalı Ruth Ndesandjo-dur. Ruth Ndesandjo Barakın atasından ayrıldıqdan sonra yenidən evlənir. Daha sonra isə Ndesandjo dünyaya gəlir.


1500 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı