Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Fevral 2016

Eldar Mahmudov hansı ölkələrin kəşfiyyatına bağlı olub

Sülhəddin Əkbərdən ilginc açıqlamalar; keçmiş MTN şefinin həbs olunmamasının sirri açılır

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “MTN işi” ilə bağlı açıqlamalar verib. O, “Yeni Müsavat” qəzetinə müsahibəsində bildirib ki, Eldar Mahmudov iki xarici dövlətin xüsusi xidmət orqanları ilə sıx əlaqədə olub (İsrail, Rusiya):

“Eldar Mahmudovun iki başqa xarici dövlətin xüsusi xidmət orqanları ilə daha sıx yaxınlaşdığı Moskva tərəfindən bilinib və xəbərdarlıqlar olunub. Moskvadan gələn xəbərdarlıqlara kifayət qədər məhəl qoyulmayıb. Xəbərdarlığa baxmayandan sonra cəzalandırmaq qərarına gəlinib. Haqqında material toplanıb, material toplananda da bəlli olub ki, Eldar Mahmudov artıq Azərbaycan mətbuatında haqqında yazılan işlərlə məşğuldur. Bu barədə Azərbaycanın dövlət başçısına da məlumat çatdırılıb. Xatırlayırsınızsa, dövlət başçısı Ilham Əliyev Astanada MDB dövlət başçılarının toplantısından geri dönən kimi Eldar Mahmudov vəzifədən azad edildi. Astanada Rusiya tərəfi Azərbaycanın dövlət başçısını qəzəbləndirə biləcək hansısa informasiyalar vermişdi ki, qərar operativ qəbul olundu. Mən bu barədə Eldar Mahmudov vəzifədən azad ediləndə də bildirmişdim”.

Sülhəddin Əkbərin bu açıqlaması Eldar Mahmudovun hələ də həbs olunmamasına aydınlıq gətirir. Məsələ burasındadır ki, keçmiş MTN şefinin dəstəsi zərərsizləşdirilsə də, nədənsə onun özünü həbsi yubanır. Bəzi məlumatlara görə, Eldar Mahmudovun həbs olunmaması onun hakimiyyətlə bağlı kifayət qədər ciddi məlumatlara malik olması ilə bağlıdır. Iqtidarın başbilənləri ehtiyat edir ki, Eldar Mahmudovu həbs etməklə sürprizlərlə üzləşə bilərlər. Sülhəddin Əkbərovun açıqlamasına gəlincə, düşünmək olar ki, Eldar Mahmudovun həbs olunmaması həm də, xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqəli olması ilə bağlıdır. Mümkündür ki, həmin ölkələr keçmiş MTN şefinin həbsinə hansısa formada mane olur.
1121 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı