Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Fevral 2016

Hakimiyyət dinc mübarizə yollarını məhdudlaşdırır

Böhran artır, devalvasiya kimi qəbul olunmasa da, Azərbaycanda hər gün dollar bahalaşır. Insanların vəziyyəti isə sürətlə pisləşir. Nə qədər xırda, orta sahibkar tanıyıram ki, iş yerlərini bağlayır. Sahibkarlar xaricdən xammal gətirmək üçün valyuta qıtlığı yaşayır. Bu rejim manatı heç yaxın qonşu ölkələrdə də güclü edə bilmədi ki, indi gedib ordan manatla məhsul alıb gətirmək mümkün olsun. Bütün bunlar üçün dollar lazımdır. Dollar isə satmırlar, məhdudiyyət qoyurlar. Bir tərəfdən də valyutadəyişmə məntəqələrini ləğv edərək, vaxt və əsəb sərfiyatını çoxaldırlar. Bəs, ölkədə sahibkar hansı şəraitdə çalışmalıdır? Ac xalq imdad diləyir. Yəqin ki, müşahidə elədiz, bir çox bölgələrdə sadə vətəndaş üzünü kameralara tutub “sözümüzü prezidentə çatdırın” deyirlər. Prezident isə onların üstünə Daxili Qoşunları göndərir. Daha bu xalq necə davranmalıdır? Onda dinc üsulla etiraz bitəcək, xalq daşlı-qalaqlı, bəlkə də silahlı mübarizəyə başalayacaq. Bunun olmasınımı istəyirlər?

Istəyirlər ki, xaos yaransın. Təhqir olunmuş, ac qoyulmuş xalq harda məmur görsə, infaz eləsin?

O zaman dinc yolla etiraz edən insanların qarşısına o insanların pulu ilə saxlanılan polisi niyə çıxarırlar? Daxili Qoşunları niyə yeridirlər? Nədir məqsəd? Belə davam edəcəyi təqdirdə, əhali siyasi proseslərə qoşulacaq. Hakimiyyətin cəzalandırmadığı məmurları, icra başçılarını və ən nəhayət prezidentin özünü dəyişəcək. Amma bu rahat dəyişiklik olmayacaq. Kütlə acdır, illərdir təhsilsiz yetişdirilib, əzizləri əsgərlikdə, xəstəxanalarda zamansız və boş yerə dünyasını dəyişib, haqqı tapdalanıb, polis tərəfindən döyülüb, şərlənib, təhqir olunub. O kütlə çox qəddar olacaq.

Son 20 il Azərbaycan xalqı üçün sovet dönəmindən də ağır zaman oldu. Sovetlər ən azı insanların yetişdirilməsinə, müalicəsinə, ailəsini normal saxlamasına şərait yaradırdı. Əliyev rejimi isə bunlardan da xalqı məhrum etdi. Tarix boyu bir çox zalım və qəddar liderlər xalqlarının qayğısına qalmadan, onları səfalətə və ölümə tərk ediblər. Amma onların heç birinin sonu yaxşı olmayıb. Bu gün Azərbaycan hakimiyyətinin əlində yüzlərlə ordu sıralarında öldürülən əsgərin, xəstəxanalarda səriştəsiz həkimlərin əlində öldürülən, imkansızlıqdan müalicə oluna bilməyən insanın, borc üzündən intihar edən vətəndaşın qanı var. O qan heç vaxt təmizlənməyəcək.

Bu millətin yenidən bərpası, dövlətimizin yenidən güclənməsi üçün illər lazım olacaq. O illər çox ağır bir dönəm olacaq. Neft qiymətləri qalxmasa, bütün iqtisadi proqnozlar göstərir ki, qalxmayacaq, bu dönəm ağır səfalət, böhran, aclıq içində keçəcək. Belə bir dönəmə nə Azərbaycan xalqı, nə də Azərbaycan hakimiyyəti hazırdır. Atalarımız yaxşı deyib: sirkə nə qədər tünd olsa, öz qabını yandıracaq. Buna görə də millətin üstünə qoşun yeritmək əvəzinə xalqın arasına çıxın, onları dinləyin, problemləri maksimum həll etməyə çalışın. Görün insanlar nə istəyir! Xəstələrə, əlillərə, qazilərə, bank kreditini ödəyə bilməyib intihardan başqa yolu qalmayanlara dövlətin dəstəyini göstərin. Bu qazanın qapağını nə qədər sıxsaz, o qədər tez partlayacaq, sonda özünüz yanacaqsınız. Sizi düşünmürəm, amma bu milləti yandırmayın artıq. Bunu sizə tarix bağışlamayacaq. Azərbaycan tarixinin qara səhifələrinə ən pis siyasət, ən oğru rejim, ən zalım hökumət kimi düşəcəksiniz. Qətlinə fərman verdiyiniz xalq sizi bağışlamayacaq.

Valeh Bayramlı /azadlıq
620 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.1