Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Fevral 2016

Qeyri-şəffaf hökumətin, «şəffaflıq» axtarışı

Yaxud, niyə milyarder məmurlar hesabat vermir?

Azərbaycanda aldıqları ianələrin məbləği və mənbəyi barədə Mərkəzi Seçki Komissiyasına məlumat verməyən siyasi partiyaların cəzalandırılması təklif olunur. Milli Məclisdən apa verilən məlumata görə, bununla bağlı Inzibati Xətalar Məcəlləsinə dəyişiklik nəzərdə tutulur.

Məcəllənin hazırda qüvvədə olan 247-4-cü (Ianələr barədə məlumatın maliyyə hesabatına daxil edilməməsi) maddəsinə təklif edilən dəyişikliyə görə, siyasi partiya tərəfindən qəbul edilmiş ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumat Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim olunan maliyyə hesabatına daxil edilmədiyi halda qeyd olunan maddədə göstərilən cərimələr bu hala da şamil ediləcək.


Maddə 247-4-un cəriməsi isə, vəzifəli şəxslər üçün 1 500 manatdan 3 000 manata qədər, hüquqi şəxslər üçün isə 5 000 manatdan 8ÿ000 manata qədərdir.

Göründüyü kimi hökumətimiz yenədə şəffaflığı onuncu dərəcəli yerlərdə axtarır. Təbii ki, şəffaflıq, hesabatlılıq müsbət haldır və hamı buna əməl etməlidir. Amma bütün fəaliyyəti qeyri-şəffaflığa söykənən hökumətin belə bir qərar qəbul etməsi gülüncdür.

Niyə bugünə qədər vəzifəli şəxslər hesabat vermir? Gəlir deklorasiyası haqqında qanun niyə qəbul olunmur? Necə olur ki, aldığı ianələrə görə məlumat verməyən partiya cəzalanır, amma qazandığı milyardlara görə hesabat verməyən məmurdan heç nə tələb edilmir?

Ədər şəffaflıq, hesabatlılıq yaxşıdırsa, o zaman nazirlər bahalı villaları necə əldə etdiklərini, dünyanın müxtəlif yerlərində biznes imperiyasını hansı pulla qurduqlarını, ölkədəki holdinqləri necə yaratdıqlarını açıqlasınlar. Xalq da bilsin ki, 1500-2000 manat əmək haqqıyla necə milyarderə çevrilmək olur. Yaxud, açıqlama gətirilsin ki, qanunla qadağan olduğu halda, nazir necə bizneslə məğul ola bilir.

Demək istəyirik ki, görünən “dağ”lardan hesabat tələb etməyib, görünməyən “təpə”lərdən hesabat istəmək absurddur. Ölkədən 95 milyard dollar oğurlanıb, yüksək vəzifəli şəxslər bütün sahələri inhisara alıb, dünya mətbuatı hakim ailənin biznes xanədanından yazır və bütün bunlara görə heç kim cəzalandırılmır.

Bu necə ədalətdir, necə qanundur ki, 23 ildir hakimiyyəti zəbt edənlərə şamil edilmir?

Göründüyü kimi hökumətin bütün addımları imitasiyadır. 100 milyardlarla neft pulu talan edilib, ölkə borc bataqlığına düşüb, korrupsiya dövlət siyasətinə çevrilib və hökumət bunun izahatını vermək əvəzinə, partiyaları güdür. Onsuz da bu ölkədə partiyaların 90 faizi hökumət bulağından su içir və bu partiyaların heç bir fəaliyyəti yoxdur. Real müxalifət mövqeyində olan partiyanın isə hansı vəziyyətdə olduğu göz önündədir.

Məsələn, hökumət hansı haqla AXCP-dən hesabat tələb edə bilər. Partiyanın qərargahı yox, partiyanın 10-dan artıq üzvü şərlənərək həbs edilib, partiya üzvlərinə bütün qapılar bağlıdır və hökumət bu partiya ilə düşmən kimi rəftar edir.

Yeri gəlmişkən, ötən il YAP-ın gəlirləri 7 milyon manatdan çox olub. Görəsən, bu 7 milyon vəsait hara sərf edilib? Yaxud, bugünə qədər hakim partiya bu vəsait hesabına hansı xeyriyyə işlərini görüb. Ölkədə məcburi müalicəyə ehtiyacı olan yüzlərlə azsaylı uşaq var, evsizlikdən əziyyə çəkən minlərlə ailə var, təhsil haqqını ödəyə bilməyən minlərlə tələbə var. YAP hər il üzvlük haqqından yığılan vəsaitlə xeyli problemi həll edə bilər. Demək istəyirik ki, vətəndaşın ianəsi hesabına hər il 6-7 milyon gəlir əldə edən hakim partiyadır və hesabatı da bu partiya verməlidir.

Nəhayət, bu dövləti çökdürən, büdcəni boşaldan, vətəndaşı ağır vəziyyətə salan hansısa partiyanın ianə haqqında məlumat verməməsi deyil, YAP hakimiyyətinin talançı, acgöz idarəetməsidir.

Əvvəlcə, oğurlanan milyardların hesabatını verin, oğruları cəzalandırın, sonra partiyalardan şəffaflıq tələb edərsiniz. Bəli, bugünə qədər bir dəfə də xalqa hesabat verməyən, cinayətkarları cəzasız qoyan hökumət, başqasından hesabat tələb edə bilməz./azadlıq/
651 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı