Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Fevral 2016

BP ötən il 257 Azərbaycan vətəndaşını işdən çıxarıb

2015-ci ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 735 nəfər olub.

Bu barədə “BP-Azərbaycan”dan məlumat verilib.

“Şirkətin Azərbaycanda ixtisaslı daimi işçilərinin təxminən 87%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə dörd azərbaycanlı vitse-prezident daxildir. BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak, iş icrasının idarə olunması üzrə şirkətdaxili prosesin daha da gücləndirilməsi daxildir”, – deyə məlumatda bildirilir.

Maraqlı məqam ondan ibarətdir ki, 2014-cü ilin sonuna BP-nin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 992 nəfər idi. Həmin dövrdə şirkətin Azərbaycanda ixtisaslı daimi işçilərinin təxminən 86%-ni yerli mütəxəssislər təşkil edirdi. Belə çıxır ki, BP ötən il ərazində 257 nəfər Azərbaycan vətəndaşını ixtisar edib./azadlıq/
617 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:43