Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Fevral 2016

İranlı rejissor Qarabağ haqqında film çəkəcək

İranlı rejissor Mohsen Hadi Dağlıq Qarabağ münaqişəsinə dair “Qarabağa gedən yol” adlı sənədli film çəkəcək.

Bu barədə rejissorun özü məlumat verib. O bildirib ki, 50 dəqiqəlik filmdə işğal olunan Azərbaycan torpaqları – Xocalı, Şuşa, Ağdam və başqa şəhərlərdə ermənilər tərəfindən törədilən qətliamlar, vəhşiliklərdən bəhs ediləcək: “1994-cü ildə Xankəndində İrana məxsus təyyarə qəzaya uğrayıb və 33 nəfər şəhid olub. Onların ikisi uşaqdır və anaları ilə eyni qəbirdə dəfn olunublar. Bu təyyarə İran diplomatlarının ailəsini Moskvadan İrana gətirərkən ermənilər tərəfindən vurulub. Mən bu filmdə təyyarə hadisələrini də göstərməklə, Qarabağda baş verənlərə diqqət çəkmək istəyirəm”.

Rejissor filmin çəkilişi üçün tezliklə Bakıya gələcəyini və filmin Bakıda, Dağlıq Qarabağ ətrafında və İranda çəkiləcəyini qeyd edib./apa/
681 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi