Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Fevral 2016

Kremldən Kadırovun istefa arzusuna - Reaksiya

Rusiyanın region rəhbərlərinin işlərinin səmərəliliyi və onların qiymətləndirilməsi yalnız Rusiya Prezidenti Vladimir Putinin son qərarından asılıdır.

Bu sözləri Kreml sözçüsü Dmitri Peskov Çeçenistan Prezidenti Ramzan Kadırovun hakimiyyətdən getmək istəyi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Çeçenistan prezidenti postuna kiminsə təyin olunması hələlik müzakirə olunmur. Ramzan Kadırov səlahiyyət müddətinin başa çatmasını gözləməlidir.

Bununla yanaşı, sözügedən məsələ ilə bağlı Rusiya prezidentinə müraciət olunmalıdır və yalnız onun qərarından sonra Çeçenistanın rəhbəri müəyyən oluna bilər.

Xatırladaq ki, fevralın 27-si Çeçenistan Republikasının rəhbəri Rusiyanın NTV telekanalının “Mərkəzi televiziya” verilişinə müsahibə verərək, hakimiyyətdən getmək istədiyini bildirib./axar/
631 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:02