Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2016

450 min suriyalını ölüm aclığı gözləyir

Suriyada şənbə günündən başlayan atəşkəs rejimi davam edir. Savaşa müvəqqəti ara verilməsi ölkəyə göndərilən humanitar yardımların sayını artırıb.

BBC xəbər verir ki, BMT bu həftə ərzində təxminən 150 min, martın sonlarına qədər isə 1,7 milyon suriyalıya yardım aparmağı planlaşdırır.

Suriyada hərbi əməliyyatların dayandırılması barədə razılaşma qüvvəyə minsə də, hər iki tərəfdən atəşkəsin pozulması ilə bağlı şikayətlər var.


BMT-nin Suriyadakı humanitar koordinatoru Yakob el-Hillo barışığı Suriya xalqının davamlı sülh və sabitlik üçün son beş ildə ən yaxşı imkanı adlandırıb.

Təşkilat Suriyanın ucqar – insanların aclıq çəkdiyi rayonlarına ərzaq, su və dərman preparatları göndərəcəyini açıqlayıb.

O da qeyd olunur ki, yardımın həcmini genişləndirmək üçün Suriya münaqişəsindəki bütün tərəflərinin təsdiqi lazımdır.

Ötən həftə IŞID-in mühasirəsində olan Deyr əl-Zora hava yolu ilə yardım çatdırılması səyləri baş tutmayıb.

BMT-nin insan haqları üzrə ali komissarı Zeyd Raad əl-Hüseyn bildirib ki, hazırda Suriyada 450 min nəfər blokada şəraitində yaşayır. Artıq bir ilə yaxındır bu vəziyyətdə yaşayan bu insanları ölüm aclığı gözləyir: “Onlara təcili olaraq ərzaq və dərman yardımı çatdırılmalıdır”.

Hərbi əməliyyatların dayandırılması Rusiya-Amerika planı çərçivəsində razılaşdırılıb. Razılaşma IŞID və “Əl-Nüsra Cəbhəsi”nə şamil edilmir.
468 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı