Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2016

Əqrəblər bir saat irəli çəkiləcək

Azərbaycan bu ay yay vaxtına keçəcək.

Nazirlər Kabinetinin 1997-ci ildə verdiyi qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.

Martın 27-də martın son bazar gününə təsadüf etdiyindən həmin gün Azərbaycan ərazisində yay vaxtına keçiləcək.

Belə ki, həmin gün saat 04:00-da saatların əqrəbləri 1 saat irəli çəkiləcək, bununla da ölkədə qış vaxtı başa çatacaq.
540 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi