Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2016

Xərçəngə qarşı günəbaxan tumu

Alimlər günəbaxan tumunun xərçəngə qarşı faydalı olduğunu açıqlayıblar.

Xüsusilə də günəbaxan tumunun bu baxımdan əvəzedilməz qida olduğu bildirilib.

Bu qidanın tərkibi bir çox vitamin, mineral və yağla doludur. Ona görə də xərçəngə qarşı müqaviməti artırmaqla yanaşı, ürəyə və beyinə də yaxşı təsir edir. Gündə sadəcə 28 qram günəbaxan tumu yemək döş, bağırsaq və ağciyər xərçənginə yaxalanmaq riskini yarıbayarı azaldır. Buna səbəb günəbaxanın kaliumla zəngin olmasıdır. Siçanlar üzərində aparılan araşdırmalar göstərir ki, orqanizmə daxil olan kalium miqdarı ilə xərçəng xəstəliyi arasında sıx əlaqə var.

Daha sonra İngiltərədə aparılan araşdırmalar bu faktı təsdiq edib. Belə ki, 1300 yaşlı insana 7 il ərzində hər gün 200 mikroqram kalium verilib. Kalium verilməyən qrupla müqayisədə bu insanların xərçəng riski 42 faiz azalıb.

Qeyd edək ki, bir çay fincanı günəbaxan tumu gündəlik kalium ehtiyacını tam ödəyir.
985 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber