Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2016

"Facebook"dan gələn təhlükə

Virtual aləmdə təklif edilən testlər vasitəsi ilə şəxsi məlumatlarınız oğurlana bilər.

Son vaxtlar sosial şəbəkə istifadəçilərinə adını, soyadını, bürcünü, təhsilini, email ünvanını yaz, ölüm tarixini və nə qədər gözəl olduğunu müəyyənləşdir tipli testlər təklif gəlir. Həmçinin bəzi testlərdə istifadəçilərdən bir necə sualı cavablandırmaları tələb edilir.

Sosial şəbəkələrdə yayılan bu testlər bir çox istifadəçilərin diqqətini cəlb edir. 

Həmçinin onlara "necə və nə vaxt öləcəksən?", "adını yaz ləqəbini öyrən", "dostların sənin profilin barədə nə düşünür?", "30 il sonra ən yaxın dostun kim olacaq?", "hansı məhşurla sevgili olarsınız?", "ən çox hansı dostuna oxşayırsan?" kimi məzəli test təklifləri gəlir. Bu cür paylaşımlar şəbəkədə sürətlə yayılır. 7-dən 77-yə hər bir insan testdən keçərək onlara marağlı olan sualın cavabını almaq istəyirlər. İlk baxışdan zərərsiz görsənən bu "oyuncaqlar" əslində kifayət qədər təhlükəlidir.

Testlər şəxsi məlumatların yığılmasından tutmuş elektron hesablardan pulun oğurlanması kimi təhlükələrin daşıyıcısıdır.

Bu növ tətbiqlər istifadəçinin adı, soyadı, şəkillərinin sayı, dostları ilə əlaqəsi kimi detallarla əməliyyat aparırlar. Bunun üçün əlbətdə ki, istifadəçinin icazəsi tələb olunur. İstifadəçinin zənnincə bu cür məlumatın yayılması təhlükəsizdir. Nəticədə istifadəçinin sosial şəbəkədə saxlanılan bütün məlumatları tətbiqin tərtibatçılarının bazasına düşür. Bu cür məzmun yaradan şirkətlər isə istifadəçinin məlumatlarından istədikləri kimi istifadə edə bilərlər və bu heç də həmişə qanun çərçivəsində baş vermir. 

   

Mütəxəssislər xəbərdarlıq edir ki, belə testlər vasitəsi ilə insanların şəxsi məlumatları oğurlana bilər. Bəzi hallarda isə hətta isitfadəçiyə gələn təkliflərdə onlarda kredit kartlarının kodları tələb edilir.

 İnformasiya Texnologiyaları (IT) üzrə mütəxəssis Amid Quliyevin sözlərinə görə, bu tipli tətbiqlərdən  istifadə etmək istədikdə hər zaman istifadəçidən müəyyən icazələr istəyir. “İstənilən ən sadə icazələr sizin email, şəxsi informasiya (iş yeri, doğum tarixi və s.), dostlarınızın siyahısı və sizin səhifənizə yaza bilmək imkanı olur. Bəzi istifadəçilər əsasən bu icazələrə baxmır, nə üçün istənildiyinə fikir vermir və qəbul edirlər. Bu şəxsi məlumatlar isə sonradan reklam məqsədi ilə istifadə olunur/oluna bilər”, - deyə mütəxəssis bildirdi. 

Mütəxəssis bildirdi ki, reklamdan başqa bəzən troyan virusların yayılması məqsədi ilə də bu icazələrdən istifadə olunur. "Əgər kompüterinizdə lazımi təhlükəsizlik proqramı yoxdursa, onun da virusa yoluxmaq ehtimalı böyükdür.  Tətbiqlərdən istifadəyə başlamadan öncə, tətbiq  sahibinin güvənilir mənbə olub - olmadığını və tələb olunan icazələrin nələr olduğunu ciddi gözdən keçirmək lazımdır",-deyə Amid Quliyev bildirdi.  

İstifadəçinin email və şəxsi informasiyaları oğurlandıqda bu problemlər yaşana bilər

Bəs məlumatların təhlükəsizliyini necə təmin etmək olar? Ən əsası tətbiqlərin hansı informasiyadan istifadə edəcəyi haqda məlumatı diqqətlə oxumaq lazımdır. 

Bir neçə asan qaydalara riayət etməklə İnternetdə arzuolunmaz nəticələrdən yaxa qurtarmaq mümkündür.

1. İstifadə olunacaq testin səhifədən hansı məlumatlara giriş istədiyi haqda məlumatı diqqətlə oxumaq lazımdır. 

"İnsanlar bu testlərə əyləncli yanaşsalar da, onların şüraltısına istər – istəməz təsir edir".

2. Şəxsi səhifənizin tənzimləmələrini mütəmadi olaraq yoxlayın: hansı tətbiqlər sizin səhifəyə bağlıdır və hansı hüquqları var.  

3. Testlərdə və ya digər linklərə keçid alanda bank kartının məlumatları, telefon nömrələri, şifrələr və digər şəxsi məlumatları yazmayın. 

4. Kompyuterinizdə anti-virus proqramının quraşdırılmasında əmin olun.

5. Gələcəkdə hər hansı bir sosial şəbəkədə bu və ya digər məlumatı yerləşdirdikdə  düşünün - bu nə qədər təhlükəsiz ola bilər. /ans/

794 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı