Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2016

Xristianlar müsəlmanlara hücum çəkdi - Gürcüstanda

Gürcüstanın Samsxe-Cavaxeti bölgəsinin Adıgen rayon mərkəzində müsəlmanlarla xristianlar arasında kütləvi qarşıdurma baş verib.

Davaya səbəb pravoslavların müsəlmanlara qəbiristanlıq üçün əlavə torpaq sahəsi ayrılmasına etiraz etməsi olub. Yerli müsəlman icmasının nümayəndələri bildiriblər ki, otuz nəfərə qədər yerli xristian dindarlar kəndin mərkəzində bir qrup müsəlmana hücum edərək onları döyməyə başlayıblar. Pravoslav din xadimləri müsəlmanlara qəbiristanlıq üçün ayrıca ərazi verilməsinə etiraz ediblər. Onların fikrincə, qəbiristanlıqdan sonra müsəlmanlar məscid tikilməsini və Adigendən provaslavların tamamilə çıxarılmasını tələb edəcəklər. Onlar fikirlərini son illər ərzində rayon mərkəzində pravoslav ailəsində hər doğulan bir uşaq qarşılığında müsəlman ailəsində 3 uşağın dünyaya gəlməsi ilə əsaslandırıblar.

Əldə olunan məlumata görə müsəlmanlar və pravoslavlar arasındakı kütləvi dava ilə əlaqədar Gürcüstan DİN-də araşdırma başladılıb./AzNews/
585 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı