Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2016

Bəşər Əsəd: "Onları bağışlayacağam"

Müxalif döyüşçülər silahlarını yerə qoyarsa, onları bağışlayacağam.

Bu sözləri Suriya Prezidenti Bəşər Əsəd Almaniyanın ARD televiziyasına açıqlamasında deyib.

O, atəşkəsi ilk gündən bəri müxaliflərin pozduğunu bildirib:

“Biz Suriya ordusu olaraq atəşkəsin pozulmaması üçün müxaliflərə cavab verməkdən boyun qaçırırıq. Amma edə biləcəklərimiz də bu qədərdir. Hər şeyin bir həddi var. Biz atəşkəsə ümid işığı olaraq baxırıq”.

Əsəd müxaliflərə səslənərək bunları deyib:

“Sadəcə silahlarınızı yerə qoyun. İstər həll prosesinə qoşulun, istərsə də siyasətdən gedin. Bu, önəmli deyil”./axar/
584 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber