Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2016

Bakıda iki qardaş pul üstündə vuruldu

Bakının Binəqədi rayonunda iki qardaş bıçaqlanıb. Rayonun 7-ci mikrorayon ərazisində 28 yaşlı Tural Fəqan oğlu Fətullayev və qardaşı Cavid onlara 4000 ABŞ dolları borcu olan Azər adlı şəxslə mübahisə ediblər. Mübahisə əlbəyaxa davaya çevrilib. Davadan bir neçə saat sonra Azərin Tacəddin və Elbrus adlı dostları Turala zəng edərək görüşməyi təklif ediblər. Tərəflər Biləcəri qəsəbəsinə görüş təyin ediblər. Tural görüşə qardaşı Cavidlə gedib. Görüş zamanı yenə tərəflər arasında dava düşüb.

Dava zamanı Tacəddin adlı şəxs Turalı, Elbrus isə Cavidi bıçaqlayıb. Yaralıları xəstəxanaya hadisə yerinə polis əməkdaşları ilə gələn ataları çatdırıb. Müayinə zamanı Turalın qolundan yüngül xəsarət aldığı, qardaşının isə sinə nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarətinin olduğu müəyyən edilib. Cavid Fətullayev əməliyyat olunub, Tural isə tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.

Qardaşları bıçaqlayan Tacəddin və Elburus adlı şəxslər hadisə yerini "Mercedes" markalı avtomobillə tərk ediblər. Hazırda onların tutulub istintaqa təhvil verilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir. Faktla əlaqədar cinayət işi başlanıb./apa/
603 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber