Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2016

“Naxçıvan -Təbriz –Tehran ” sərnişin qatarı yola çıxır

Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı fəaliyyətə başlayacaq.

Bununla bağlı işçi qrupunun ilk görüşü olub.

Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının açılması ilə bağlı keçirilən ilk müzakirədə işçi qrupunun üzvləri iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi istiqamətində görülən işlərdən danışıblar. Naxçıvan dəmiryol vağzalında keçirilən görüşdə belə tədbirlərin hər iki ölkənin vətəndaşları tərəfindən razılıqla qarşılandığı vurğulanıb.


İlk görüşdə Azərbaycan tərəfdən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişindaşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev, İran İslam Respublikası tərəfdən Azərbaycan Dəmiryolu Təşkilatının baş direktoru Mirhüseyn Musəvi, İran Dəmir Yolları Sərni- şindaşıma Xidmətinin baş müdiri Mürtəza Cəfəri iştirak ediblər.

Qarşıdakı günlərdə Azərbaycan və İran dəmir yolu rəhbərlərinin iştirakı ilə keçiriləcək yüksək səviyyəli görüşə hazırlıq məqsədi daşıyan işçi qrupunun görüşündə bir sıra texniki məsələlər, sərnişin qatarının qrafiki və tariflər müzakirə olunub.
598 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 10:02