Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2016

ABŞ-dan vətəndaşlarına müraciət:“Türkiyəyə səfər etməyin, sizi oğurlaya bilərlər”

ABŞ hökuməti Türkiyəyə səfər edən vətəndaşlarına bu ölkədə oğurlanmaları ehtimalı barədə xəbərdarlıq edib.

ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda ölkə vətəndaşlarını Türkiyənin cənub şərqinə səfər etməkdən çəkinməyə çağırıb.

Bəyanatda həmçinin ABŞ vətəndaşlarından Türkiyənin Suriya ilə sərhəd məntəqələrinə səfər etməmələri istənilib.

Bəyanatda ABŞ vətəndaşlarına müraciətdə deyilir ki, turizm mərkəzlərinə səfər zamanı və ya dövlət binalarına müraciət edərkən oğurlanmaq təhlükəsini unutmasınlar və ayıq davransınlar.

ABŞ Dövlət Departamenti həmçinin, öz vətəndaşlarına insanların sıx olduğu yerlərdə olmaqdan çəkinməyi tövsiyə edib.
595 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...