Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2016

Elmar Hüseynov ölüm günündə yad edildi

“Monitor” jurnalının qətlə yetirilən baş redaktoru Elmar Hüseynovun ölümündən 11 il ötür.

Jurnalistin xatirəsini yad etmək məqsədilə bir sıra siyasi xadim, vətəndaş hərəkatı üzvü və jurnalistlər onun məzarını ziyarət edib.

Ziyarətə gələnlər arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, “NİDA” vətəndaş hərəkatının üzvləri, jurnalistlər və ictimaiyyət nümayəndələri olub.

Ziyarət sırasında çıxış edənlər deyiblər ki, bu gün Azərbaycan jurnalistikasının ən tanınmış nümayəndələrindən biri, özünü azad söz uğrunda fəda etmiş jurnalistin anım günüdür. Toplaşanlar Elmar Hüseynovun xatirəsinin heç zaman unudulmayacağını bildirib, Allahdan ona rəhmət diləyiblər.
619 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:38