Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2016

Xəstəxana, yoxsa qəssab dükanı?-ZAQATALADA NÖVBƏTİ BİABIRÇILIQ

Rayon Mərkəzi Xəstəxanasında həkim səhlənkarlığı üzündən daha bir nəfər dünyasını dəyişib

Bir müddət əvvəl Zaqatala rayonundan olan sakinlər müraciət edərək, üzləşdikləri dəhşətli vəziyyətlə bağlı məlumat vermişdilər. Onlar rayon Mərkəzi Xəstəxanasında durumun faciəvi olduğunu, xəstələrdən pul alındığı, həkimlərin səhlənkarlığı üzündən isə nəinki körpələrin, hətta yaşlı insanların da dünyasını dəyişdiyini vurğulamışdılar.

Bu gün Zaqatala Mərkəzi Xəstəxanasında baş verən daha bir dəhşətli olayla bağlə məlumat daxil olub. Rayonun Kebeloba kənd sakini Sahib Dadaş oğlu Hacıyevin verdiyi məlumata görə, fevralın 29-da xəstəxanada həkim səhlənkarlığı və savadsızlığı üzündən 1965-ci il təvəllüdlü Tamella Şərif qızı Hacıyeva dünyasını dəyişib.

O bildirib ki, fibroma qadın xəstəliyindən əziyyət çəkən Hacıyeva əməliyyat olunduqdan sonra qanaxmadan ölüb. «Tamellanın əməliyyat olunması üçün həkimə 800 manat pul verilmişdi. Həmçinin bizə əməliyyatdan öncə dərmanlar da aldırmışdılar. Hamısı xəstəxanadakı aptekdən alınmış pereparatlar idi».

Sahib Dadaşov yazır ki, dünyanın heç bir xəstəxanasında belə özbaşınalıq, qanunsuzluq, vəhşilik hökm sürmür. Onun sözlərinə görə, baş həkim Leyla Seyidəliyeva ilə bağlı müvafiq dövlət qurumlarına mütəmadi olaraq şikayətlər edilsə də, Zaqatala Mərkəzi Xəstəxanasında baş verən biabırçılıq aradan qaldırılmır. «Leyla Seyidəliyeva mətbuata verdiyi açıqlamalarında deyir ki, yazılanların hamısı böhtandır. O zaman sual edirəm: Tamella Hacıyeva niyə cərrahiyə zamanı öldü? Buna kim cavab verəcək?»

Zaqatala sakini sonda qeyd edib ki, o, bütün qohumları adından dövlət başçısı İlham Əliyevə müraciət edərək, Zaqatala Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva ilə bağlı tədbir görməsini zahiş edirlər. «Cənab Prezident, baş həkimi Leyla Seyidəliyeva tərəfindən həyatlarını itirmiş günahsız insanların Səhiyyə Nazirliyi tərəfindən qanının batırılmasına imkan verməyin»./jam/
634 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...