Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2016

Suriya ordusu daha bir rayonu azad edərək 30-a yaxın terrorçunu məhv edib

Suriyanın Silahlı Qüvvələri Xalq Könüllülərindən ibarət dəstə ilə birgə Hama vilayətində Nüsrə cəbhəsinə qarşı anti-terror əməliyyatlarını davam etdirirlər.
"İtar-tass"ın verdiyi xəbərə görə, bu anti-terror əməliyyatları zamanı 30-a yaxın terrorçu məhv edilib və xeyli sayda yaraqlı yaralanıb.
Eyni zamanda Suriya ordusu Hələbdə Fah rayonunu terrorçulardan azad etməyə müvəffəq olub. Hökumət qüvvələri sözügedən rayonu İŞİD terrorçularında təmizləməyə müvəffəq olublar.

Bununla yanaşı Suriyanın Hərbi Hava Qüvvələrinə məxsus olan qırıcı təyyarələr İŞİD terror qruplaşmasının Palmirada yellənən mövqelərinə aviazərbələr endiriblər. Bu aviazərbələr nəticəsində bir neçə İŞİD ünsürü məhv edilib./deyerler/
539 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP