Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2013

Bakıda zavodda yanğın olub

Bakının Nərimanov rayonu, Dərnəgül şossesi, 10 saylı Cəzaçəkmə Müəssisəsinin yaxınlğında yerləşən metal qəbul edən zavodda yanğın baş verib. Apa-nın məlumatına görə, yanğın güclü olduğundan hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov Rayon Hissəsinin 10-a yaxın yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Zavodun bir neçə sexini əhatə edən yanğının söndürlülməsi məqsədi ilə Dövlət Yanğından Mühafizə Xindmətinin Nizami Rayon Hissəsindən də əlavə yanğınsöndürənlər hadisə yerinə çağırılıb. Yanğınla bağlı zavoda girişə məhdudiyyət qoyulub. Yalnız yanğınsöndürən maşınların buraxıldığı zavod ərazisindəki avtomobillər evakuasiya edilib. Yanğın söndürülərək güclü alovun zavod ərazisindəki digər tikililərə keçməsinin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimannov Rayon Hissəsinin əməkdaşlarının verdikləri məlumata görə, yanğının səbəbi aparılan araşdırmalar nəticəsində məlum olacaq.
1533 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP