Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2016

Azərbaycanda minimum əməkhaqqı 67 dollardır. Bəs Avropada?

Azərbaycanda minimum əməkhaqqı 105 manat, 67 dollara yaxındır. Bu məbləğ Avropa İttifaqının ən zəif ölkəsi olan Bolqarıstandakı minimum əməkhaqqından 148 dollar azdır.

2015-ci ildə Avropa İttifaqı ölkələri arasında minimum əməkhaqqının ən yüksək göstəricisi Lüksemburqda qeydə alınıb: 2134 dollar.

Ötən il minimum əməkhaqqının məbləği üzrə ikinci yerdə Böyük Britaniya gəlib: 1529 dollar.

Niderland və Belçikada minimum əməkhaqqı 2015-ci ildə 1667 dollar olub.

Almaniya beşinci yerdə dayanıb: 1635 dollar.

Avropa İttifaqının qalan ölkələri 2015-ci ildə minimum əməkhaqqının məbləğinə görə belə sıralanıb:

İrlandiya – 1621 dollar

Fransa – 1618 dollar

Sloveniya – 878 dollar

İspaniya – 840 dollar

Malta – 780 dollar

Yunanıstan – 759 dollar

Portuqaliya – 653 dollar

Polşa – 455 dollar

Xorvatiya – 444 dollar

Estoniya – 432 dollar

Slovakiya – 421 dollar

Latviya – 399 dollar

Macarıstan – 382 dollar

Çexiya – 371 dollar

Litva – 360 dollar

Rumıniya – 260 dollar

Bolqarıstan – 215 dollar.

/Transparency/
515 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 16:47