Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2016

Ayətullah Xameneiyə ən yaxın adamların qibtə etdiyi şəxs kim olub?

Ağanı mərhum Hacı Nasir qədər görən tapılmaz!

Höccətülislam vəlmüslimin Əhməd Mərvi gənc yaşlarından Cənab Rəhbər Ayətullah Xameneinin hüzurunda olub. Hələ 16-17 yaşı olanda İmam Xomeyninin qardaşı Ayətullah Pəsəndidənin məktubunu Məşhəddə Rəhbərə çatdırıb...
Cənab Mərvi Jamejam qəzetinin əməkdaşı ilə söhbətində ötən günləri yada salıb:
Ramazan ayının son günü gecə dəftərxanada qalmışdıq ki, ayın görünüb-görünməməsi ilə bağlı daxil olan məlumatlar üzərində işləyək. Dəftərxanadan çıxdıq ki, şam namazını Ağa ilə qılaq. Namazdan sonra Ağa bizi görüb soruşdu ki, iftar vaxtı nə üçün işdəsiz? Səbəbini dedik. Buyurdu ki, gedək bizim evdə iftar edək. Ürəyimizdən oldu. Amma utanırdıq. Dəftərxanada bizə yemək hazırlansa da, Ağanın süfrəsində oturmaq istəyirdik. Ağanın təkidi ilə yola düşdük. Ağaya 30 il xidmət etmiş Hacı Nasir süfrə açdı. Süfrəyə sörək, pendir, göyərti, halva qoydu. Biz orucumuzu açdıq. Amma gözləyirdik ki, süfrəyə bişmiş yemək gələcək. Ağa başını qaldırmırdı, rahat idik. Hacı Nasirə işarə etdik ki, yemək gələcək, yoxsa olan elə bu idi? Hacı Nasir də işarə ilə bildirdi ki, nə var idi süfrəyə qoyub... Sonra Ağa otaqdan çıxdı. Biz Hacı Nasiri suala tutduq. Dedik ki, dəftərxanada qalsaydıq bişmiş yemək vardı. Amma burada... Hacı Nasir dedi: Ağanın ailəsi Məşhəddədir. Gedəndə bir qazan halva bişiriblər ki, qayıdana qədər evdə yeməyə bir şey olsun. Neçə gündür süfrəmizdə olan elə bunlardır!
... Mərhum Hacı Nasir Ayətullah Xamenei prezident olduğu dövrdən ona xidmət edirdi. Onu Ağaya Ayətullah Dürri Nəcəfabadi təqdim etmişdi. Ağanın ən yaxın adamları, həmkarları da Hacı Nasirə qibtə edib. Ağanı mərhum Hacı Nasir qədər görən, onunla Hacı Nasir qədər ünsiyyətdə olan ikinci bir şəxs tapılmaz!

Vilayet.info
726 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
</