Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2013

SOCAR-dakı “gizli Əliyev” bəyanat yaydı

Britaniyanın “Global Witness” təşkilatının hesabatında ARDNŞ-in neft müqavilələrində adı korrupsiya planında keçən Anar Əliyevin adından bu gün şəxsi bəyanat yayılıb. Bəyanatı təqdim edirik:

*****

“Mən, Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşam və işgüzar fəaliyyətlə məşğul olan Azərbaycan Respublikası vətəndaşıyam. Fəaliyyətlərimin mərkəzində doğma ölkəmin inkişafı və tərəqqisinə yönəldilmiş layihələrin maliyyələşdirilməsi və qazancımın Azərbaycana yenidən investisiya edilməsi yer alır. Mənimlə əlaqəli əsassız şəkildə səsləndirilən iddialarda məni “gizli şəxs” adlandırırlar. Bu ictimaiyyətin göz önündə olmadığımdan irəli gəlir, lakin öz fəaliyyətimdə şəxsi həyatın toxunulmazlığına və ailəmin təhlükəsizliyinə daha çox diqqət yetirdiyim üçün ictimaiyyətin göz önündə olmağı tərcih etməmişəm.

Global Witness təşkilatının mənim işgüzar fəaliyyətlərimlə əlaqəli yaydığı iddiaları tamamilə əsassızdır və ölkəmin imicinə xələl gətirmək məqsədi daşıyır. Bu hesabat tam və dolğun şəkildə ARDNŞ tərəfindən 13 Dekabr 20013-cü il tarixli Bəyanatında artıq təkzib olunmuşdur[1].

Obyektiv müzakirələr üçün mövqeyimə aid əsas məqamları diqqətinizə çatdırmaq istəyirəm:

- Mən, ARDNŞ-nin Hasilat Sənayesi Şəffaflıq Təşəbbüsünün (HSŞT) bütün tələb və şərtlərinə riayət etdiyi haqqında bəyanatına razılığımı bildirirəm. Öz fəaliyyətlərimdə Azərbaycan Respublikası qanunlarına, fəaliyyət göstərdiyim digər ölkələrin qanunvericilik tələblərini əsas aldığımı və həmçinin biznes fəaliyyətimi bu sahədə tətbiq olunan beynəlxalq standartlara uyğun olaraq həyata keçirdiyimi bildirirəm.

- Mənim nə Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri Cənab İlham Əliyevlə, nə də ARDNŞ Prezidenti Cənab Rövnəq Abdullayevlə qohumluq əlaqələrimin olmadığını təsdiq edirəm.

- Mən sahibi olduğum və ARDNŞ ilə əməkdaşlıq edən şirkətlərin yeganə və principal benefisiarıyam (sahibi). ARDNŞ ilə əməkdaşlıq etməyimə baxmayaraq, mən digər iş adamları kimi digər sahələrdə Azərbaycanın inkişafına yönəldilmiş mövcud layihələrdə iştirak etmək imkanlarından istifadə edirəm.

- Mən, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Azərbaycanın hüdudlarından kənarda əldə etdiyim bütün qazancı Azərbaycanda bəyan edirəm və müvafiq gəlir vergisi ödəmək öhdəliklərini tam şəkildə yerinə yetirirəm.

- Mənim işgüzar fəaliyyətim nə Azərbaycanda, nə də digər ölkələrdə heç bir zaman cinayət məsuliyyəti predmeti olmayıb.

- Mən, Azərbaycan əsas istiqamət olmaqla, beynəlxalq biznes fəaliyyəti ilə məşğulam. Bundan sonra da ölkəmin inkişafına yönəldilmiş layihələrdə iştirak etmək və qazancımı ölkəmə yenidən re-investisiya etmək məqsədi mənim üçün üstünlük təşkil edəcək. /musavat/
1498 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı