Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2016

İsrail səfiri il görüşdüyünə və şam yeməyinə görə mandatı əlindən alındı

Misir Nümayəndələr Palatasının deputatları həmkarları Taufiq Okaşın deputat mandatından məhrum edilməsi haqqında qərar qəbul ediblər.

Buna səbəb deputatın İsrailin Qahirədəki səfiri ilə görüşü olub.

Taufiq Okaşın mandatından məhrum edilməsinin lehinə 464 deputat səs verib.

Deputatların parlament sədri Əli Əbdül Ələ müraciəti üçün səbəb Taufik Okaşın sadəcə səfirlə görüşməsi deyil, həm də onun İsrail diplomatı ilə birgə şam yeməyində iştirakıdır. Ziyafət misirli deputatın evində olub.

Həmkarları Taufiq Okaşı deputat etikasını pozmaqda və milli maraqlara xəyanətdə ittiham ediblər.

Taufiq Okaş mandatdan məhrum edildikdən sonra “Faraim” peyk telekanalının Direktorlar Şurası yayımın dayandırılması və kanal aktivlərinin satışa çıxarılması haqqında qərar qəbul edib. Bu kanal keçmiş deputatın anasına məxsusdur. Taufiq Okaşın özü isə “Faraim”də teleaparıcı işləyib./strateg/
859 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP