Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2016

Elmar Hüseynovun qatili 11 ildir azadlıqda

Qonaqlar gəlməmişdən jurnalist Elmar Hüseynovun məzarının kənarındakı kol-kosu “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli təmizləyir. Daha sonra jurnalistlər, partiya nümayəndələri məzarın ətrafına toplaşırlar. Onlar Elmar Hüseynovun qətlində hakimiyyəti günahlandırırlar.

Elmar Hüseynov 11 il öncə, 2005-ci ildə evinə gedərkən blokda güllələnib. O, hakimiyyəti tənqid edən “Monitor” jurnalının baş redaktoru olub. Elmar Hüseynov 2003-cü ildə İlham Əliyevin prezidentliyə gəlməsini təhlil edərkən yazırdı : “Azərbaycan hakimiyyəti xalqına qalib gəlib, hakimiyyəti mənimsəyən mafiyadır. O, öz düşmənləri ilə dövlət səviyyəsində mübarizə aparır. Xalq mafiyaya qarşı gücsüzdür, çünki, o, fəaliyyətində özünü mənəvi prinsiplərlə yükləməyib. O, hakimiyyət monopoliyasını, ona misli görünməmiş var-dövlət gətirən hakimiyyəti saxlamaq üçün hər bir şeyə hazırdır”.
Jurnalistin öldürülməsindən 11 il keçsə də, hələ də bu qətl açılmayan cinayət işlərinin siyahısında qalıb.

Jurnalisti yad etmək üçün erkəndən gəlib məzarın kənarında alaq otlarını təmizləyən həmkarı Rövşən Hacıbəyli deyir ki, Elmar da cəmiyyəti bir növ “alaq otlarından” təmziləyirdi.
613 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber