Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2016

Ziya Məmmədovun işçiləri etiraza qalxdı

Nazirə məxsus «Qarant Holdinq»in 66 nəfər işçisi 3 aydır ki, maaş üzünə həsrətdir

“Qarant Holdinq”in 66 nəfər işçisi 3 aydır maaşlarını ala bilmir. Onlardan təxminən 30 nəfər holdinqdə aylıq 400 manat maaşla mühafizəçi işləyiblər. Işçilər Meydan TV-yə deyib ki, son aylarda şirkətdə ixtisarlar gedib, indi də hər gün onları get-gələ salıb maaşların vermirlər: “Maaş üç aydır ki, verilmir. Kasıb uşaqlarıq, əziyyətlə işləmişik maaşımızı vermirlər. Biz də istəyirik ki, gətirib bizim maaşlarımızı versinlər. Heç olmasa, gedib problemlərimizi həll edək. Bank borcu olan var, eləsi var evində çörək yoxdur yeməyə. Hər kəsin yüz problemi var”.

Işçilər bildirib ki, şirkət onlarla əmək müqaviləsi də bağlamayıb.


Qeyd edək ki, “Qarant Holdinq” nəqliyyat naziri Ziya Məmmədova məxsusdur. “Azadlıq” bir neçə gün əvvəl məlumat yaymışdı ki, şirkətə rəhbərliyi həyata keçirin nazirin oğlu Anar Məmmədov Azərbaycanı tərk edərək ailəsilə birgə Ingəltərəyə köçüb. Məlumatda deyilirdi ki, o “Qarant Holdinq”in rəhbərliyindən də istefa verib. Hazırda şirkətə Ziya Məmmədovun qardaşı oğlanlarından biri rəhbərlik edir. Həmçinin deyilirdi ki, “Qarant Holdinq”də böhran hökm sürür. Işçilər aylardır ki, maaş almır.
742 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu