Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2016

Siyavuş Novruzov keçmişə səyahətini davam etdirir

Yapçı deputat təmsil olunduğu komandanın ayıblarını müxalifətin aktivinə yazmaq istəyir

Əslində, hökumətin muzdlu şərçiləri haqqında yazmamaq da olar. Çünki, şüurlu həyatını yalanın mədhinə, həqiqətin oğurlanmasına, vicdanlı adamların ləkələnməsinə həsr etmiş adamlara cəmiyyət birmənalı qiymət verib.

Məhz bunun nəticəsidir ki, hökumət komandasının heç bir üzvü cəmiyyətin sevgisini qazana bilməyib. Amma hesab edirik ki, yaxşı nümunələr kimi, pis nümunələri də həmişə göz önündə saxlamaq lazımdır. Çünki, yaxşı nümunlər doğru yol göstərmək, pis nümunələr isə doğru yoldan çıxmamaq üçün önəmlidir. Yəni adamalara əyani vəsait kimi göstərirsən ki, pis yola gedəndə filankəsə oxşayacaqsan və onun qədər hörmət qazana bilcəksən.


Bu baxımdan YAP-ın siması olan Siyavuş Novruzovun “ixtira”larına da bəzən cavab verməli oluruq. Cəmiyyət rejim süfrəsində hansı “təam”ların olduğunu bilməlidir.

Bildiyiniz kimi, Siyavuş Novruzov uzun illərdi AXCP və Əli Kərimli üzrə ixtisas kursu keçir və rejimin “müxalifətşünas” nümayəndəsi kimi çıxış edir. Amma bugünə qədər ortaya bir sanballı “iş” qoymayıb. Yəni bütün imtahanlardan kəsilib. Son olaraq isə “əlimizdə Əli Kərimlinin videosu var” şüarı il hərəkətə keçdi və bu “tapıntı” da alışıb külə döndü. Bəli, ötən yazımızda bu haqda geniş məlumat vermişdik.

Bəlkə də Siyavuş Novruzovu qınamamaq da olar. Çünki, bu adam təmsil olunduğu komandada da ciddi qəbul olunmur. Ağzını açan kimi Oqtay Əsədov ağzından vurur, Əli Əhmədov sözünü kəsir və s. Ona görə də Siyavuş Novruzovun müxalifəti hədəf seçməkdən, Əli Kərimliyə şər atmaqdan başqa çarəsi yoxdur.

Millətimizin vəkili bu dəfə də deyib ki, müxalifət neftin qiyməti düşəndə toy-bayram edir, AXC hakimiyyəti dövründə ən bərk qışqıran adama vəzifə verirdilər və s. Təbii ki, cənab Novruzov sevimli “erməni lobbisi” ifadəsini də təkrarlayıb. Amma bu “arqument”ə dəfələrlə cavab verdiyimiz kimi üstündən keçirik.

Neftin qiymətinin düşməsinə görə toy-bayram etməyə gəlincə, bu, hökumətin özünə qarşı yönəlmiş arqumentdir. Çünki, neftin qiyməti düşdüyü vaxt 8 milyard xərcləyib Avropa oyunları keçirən, Formula-1 yarışlarının xərcini öz üzərinə götürən, milli parkda atəşfəşanlıq edən, Vatikanda xeyriyyə layihələri təşkil edən, Londona minlərlə insana ziyafət verən bu hakimiyyət olub. Yəni neftin qiyməti düşdükcə, hökumətin bədxərcliyi, talançılığı davam edib. Hökumət toy-bayrama ara verməyib. Müxalifət isə uzun illərdi neftdən asılı bir iqtisadiyyatın təhlükəli olduğunu, ölkənin uçuruma sürükləndiyini bildirir. Indi uzun illər deyilənlər öz təsdiqini tapır və məlum olur ki, hökumət məqsədli şəkildə dövləti çökdürürmüş.

O ki qaldı bərk qışqıranlara vəzifə verməyə, gərək Siyavuş Novruzov bu məsələyə toxunmayaydı. Çünki, vəzifə meyarları YAP hakimiyyətində tamam biabırçılıqdı. Bu hakimiyyətin dövründə ən yaxşı susa bilənlərə vəzifə verirlər. 20 il deputat kürsüsünü susaraq zəbt edənlər, 20 il susaraq nazir olanlar buna əyani sübutdur. Üstəlik, korrupsiyaya, ədalətsizliyə, saxtakarlığa susmağı bacaranlar, susaraq bütün eybəcərliklərə meydan tanıyanlar bu hökumətin sevimli kadrına çevrilir. Bu baxımdan bərk qışqıranlara, ortaya mövqe qoyanlara, güzəştə getməyənlərə vəzifə verilməsi daha ədalətlidir. Yəni AXC dövründə Siyavuş Novruzovun dediyi kimi olubsa da, bunu alqışlamaq lazımdır. Amma AXC hakimiyyəti dövründə MTN-i cinayət yuvasına çevirən, ofşorlara milyardlar daşıyan, büdcə pullarıyla holdinqlər quran, xüsusi həbsxana saxlayan, mandat alveri edən kadrlar olmayıb. Həmin hakimiyyətin başında olan adam isə bu gün də hörmətlə anılır, təmiz insan kimi xatırlanır.

Ona görə də Siyavuş Novruzova məsləhət görərdik ki, çox dərinə getməsin./azadliq/
758 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı