Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2016

Suriyada terrorçular biri-birini qırır

Suriyada İŞİD terrorçulları ilə “Ən-Nusra Cəbhəsi” arasında şiddətli döyüşlər gedir.

İki ekstremist təşkilat bu dəfə Dəməşqin cənub-şərqində Yarmak düşərgəsinə yaxın ərazidə üz-üzə gəlib.

“Ən-Nusra” İŞİD-i onun tərkibində olan xırda qruplaşmaları öz tərəfinə çəkmək cəhdlərində təqsirləndirir.
Məlumata görə, döyüşlər indiyə qədər davam etməkdədir. “Ən-Nusra” onlara məxsus ərazilərdən İŞİD-in çıxmasını tələb edir.

Toqquşmaların gedişatında “Ən-Nusra”nın liderlərindən biri Yarmuk Əbu Hider əl-Urduninin öldürüldüyü bildirilir.
692 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber