Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2016

Rusiyada ölüm hökmünün bərpası təklif edildi

“Moskvada dördyaşlı qızın dayə tərəfindən qətlindən sonra ölüm cəzasına qoyulan moratoriumun ləğvi haqqında məsələ qaldırılmalıdır”.

Bunu Rusiya Dövlət Dumasının Liberal Demokratik Partiyasından olan deputatı Roman Xudyakov deyib.

“Anlaşılmazdır ki, dövlətimiz belə axmaqlara necə güzəşt edir. Siz təsəvvür edin ki, o, beş və ya on il həbsxana həyatından sonra yaxşı davranışına görə azadlığa çıxacaq. Biz bu axmaqlara niyə belə mərhəmətliyik?” — Xudyakov qeyd edib.

Qeyd edək ki, Moskvanın Presnenski rayon məhkəməsi 4 yaşlı qızın qətlində şübhəli bilinən Gülçöhrə Bokulova barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.Özbəkistan vətəndaşına qarşı rəsmi ittiham martın 4-də irəli sürüləcək.

Bobokulova fevralın 29-da Moskvada dayə olduğu ailədə 4 yaşlı qızın başını kəsib. Bundan sonra mənzilə od vuran qadın qızın kəsilmiş başı ilə "Oktyabrskoe pole" metro stansiyasına yollanıb, orada özünü partladacağını bildirib, "bu qızı mən öldürdüm!" deyib qışqırıb.

Rusiya ölüm cəzasına moratorium Avropa Şurasına üzvlüklə əlaqədar 1996-cı ildə daxil edilib. Ölüm hökmü sonuncu dəfə 2 sentyabr 1996-cı ildə icra olunub.
694 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP