Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2013

Yanukoviçin oğlu müxalifətə nəsihət verdi

Ukraynanın xalq deputatı Viktor Yanukoviç (bu ölkənin hazırkı prezidenti Viktor Yanukoviçin kiçik oğlu) ölkənin həyatının Kiyevin Avropa meydanında baş verənlər üzündən iflic olmasına görə hiddətlənib.

Virtualaz.org saytı xəbər verir ki, prezidentin deputat oğlu bunu özünün facebook səhifəsində yazıb.

“Bəzi siyasətçilər Ukrayna iqtisadiyyatının Avromeydandakı aksiyalar üzündən hansı böyük itkilərə məruz qaldığını hələ də başa düşmürlər. Hələ mən onu demirəm ki, ilkin hesablamalara görə, paytaxt Kiyevə artıq on milyonlarla qriven ziyan dəyib. Ən böyük risklə ölkənin iqtisadi həyatını təmin edən sənaye vilayətləri üzləşib. Bunun da təsiri özünü son nəticədə hər bir ukraynalının, hər bir fəhlənin, aztəminatlı ailənin gəlirlərində göstərəcək. Əminəm ki, bu itkilərin yerini necə doldurmaq məsələsi müxalif siyasətçilərin heç birini maraqlandırmır. Sadə səbəbə görə: onlar məsuliyyət və qanunlar əsasında yox, yalnız öz ambisiyaları çərçivəsində hərəkət edirlər, hər şey etməyə icazələrinin olduğunu düşünürlər. Hamımız anlamalıyıq ki, heç bir xarici dövlət bizim gələcəyimiz barədə düşünməyəcək. Ona görə də Ukrayna öz yolunu özü müstəqil şəkildə seçməli və bu zaman heç bir saxta şüar və təxribatlara uymamalıdır” - deyə oğul Yanukoviç yazır.
1448 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı