Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2016

"Livan “Hizbullah”ı İslam dünyasının fəxridir"

Möhsün Pakayin İranın Azərbaycandakı səfiri mətbuata açıqlamasında deyib ki, Livan “Hizbullah”ı İslam dünyasının fəxridir. O deyib ki, bəzi ərəb ölkələri tərəfindən “Hizbullah”ın terrorist qrup adlandırılması siyasi bir addımdır və bu, yalnız sionist rejimini sevindirir.

Pakayin Hizbullah müqavimət hərəkatının sionist rejiminə qarşı müqavimətinə və terrorçuluqla hərtərəfli mübarizəsinə işarə edərək əlavə edib: "Dünya müsəlmanları “Hizbullah”ı daim dəstəkləyir və etiraf edirlər ki, bu qrupun İslam dünyasının şərəf və ləyaqətini qorumaqda böyük rolu vardır".

Səfir daha sonra bildirib: “Hizbullah”ın zəiflədilməsi bəzi qərb və region ölkələri tərəfindən yaradılan və dəstəklənən terrorçu qrupların mənafeyinə xidmət edir".
587 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...