Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2013

Taksimdə polislə qarşıdurma yaşanıb

İstanbulun mərkəzi olan Taksimdə bir qrup iğtişaşa cəhd edib. Aksiya iştirakçılarına polis müdaxilə edib. Yaşanan qarşıdurmada 3 nəfər saxlanılıb. “Mücadələ Birliyi” qruplaşmasının üzvləri, “Zindanlar dağılsın”, “Məhbuslara Azadlıq” yazılmış plakatları qaldıraraq qışqırmağa başlayan aksiyaçılara polis “Taksim Meydanı aksiyalara qapalıdır” deyə xtırlatma edib və onları Sırasəlvilər küçəsinə istiqamətləndirib. Lakin dirənən aksiyaçılara polis bibər qazı və boyalı mərmilərlə müdaxilə edib, aksiyaçılar da taxta dəyənəklərlə polislərə hücüm ediblər. Taksim İlk Tibbi Yardım Xəstəxanasına tərəf qovalanan qruplaşma üzvləri ara məhəllələrə dağılışaraq izlərini itiriblər. Qarşıdurmada istifadə olunan bibər qazı ətrafda olan əhaliyə də çətin anlar yaşadıb. Hazırda Taksim Meydanı hüquq mühafizə orqanlarının nəzarəti altındadır./axar.az/
1356 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP