Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2016

Maduro: Neftin ucuzlaşmasını dayandırmağı bacardıq

Venesuelanın prezidenti Nikolas Maduro bəyan edib ki, neft istehsal edən ölkələr arasında neft hasilatının yanvar ayı səviyyəsində saxlanılmasına dair əldə edilən razılıq sayəsində neftin qiymətinin ucuzlaşmasının qarşısını almaq mümkün olub.

“Qiymətin enməsi dayanıb və kiçik artım başlayıb”, - Maduro bəyan edib.

O həmçinin qeyd edib ki, yaxın günlərdə OPEK-ə daxil olan və daxil olmayan neft hasil edən ölkələrin görüşü baş tutacaq.

Bu görüşdə “hasilatın ən azı iyuna qədər dondurulmasına dair kompromissin əldə edilməsi müzakirə ediləcək”.

Qeyd edilir ki, neftin hasilatının dondurulması ideyası Rusiya, Venesuela, Qətər və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənib.
654 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber