Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2016

Bakıda etiraz aksiyası

Sabunçu qəsəbəsinin sakinləri etiraz aksiyası keçiriblər. Qəsəbənin Musabəyov küçəsinin bir qrup sakini yol problemi ilə bağlı narazılıqlarını ictimailəşdirmək məqsədilə etiraza qalxıb.

Sakinlərin musavat-a verdiyi məlumata görə, qəsəbənin əsas magistral yolunda asfalt örtüyü yarasız hala düşdüyündən marşrut problemi ilə üzləşiblər. 49 nömrəli avtobus yollar bərbad vəziyyətdə olduğu üçün qəsəbənin mərkəzi küçələrinə getmir. Sürücülər avtobusu qəsəbənin girişindəki dayanacaqlarda saxlayırlar. Bu səbəbdən də, marşrutdan istifadə etmək üçün qəsəbə sakinləri kilometrlərlə yolu piyada getməli olurlar.

Musabəyov küçəsinin sakinləri bu barədə dəfələrlə aidiyyatı icra orqanlarına müraciət etsələr də, heç bir nəticə vermədiyini dedilər: “Musabəyov küçəsi qəsəbənin əsas magistral yolu sayılır. Lakin yol qəzalı vəziyyətdə olduğu üçün nəqliyyatın və sərnişinlərin hərəkətinə mane olur. Marşrutlar qəsəbənin içərisinə gəlmirlər. Yaşlılar və cavanlar 5-6 kilometrlik yolu piyada getməli oluruq”.

Hadisə yerinə gələn İcra Hakimiyyətinin Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Məhərrəm Mehrəliyev sakinləri sakitləşdirməyə çalışdı.

O, bildirdi ki, Musabəyov küçəsindəki yol barəsində Nəqliyyat Nazirliyinə və “Azəryolservis” ASC-yə məktub yazılıb: “Qəsəbənin ara yolları isə İcra Hakimiyyəti tərəfindən bərpa edilir. Ötən il Bakı şəhərində və ətraf qəsəbələrdə 50-yə yaxın bu kimi magistral yollarda təmir-bərpa işləri aparılıb. “Azəryolservis” ASC-nin balansında olan küçələr və yollar növbəli şəkildə təmir olunur. Etiraf edim ki, müəyyən küçələr var ki, onlar təmin olunmayıb, hər hansı bir qazıntı zamanı sıradan çıxıb. Təbii ki, fiziki və maddi cəhətdən onların hamısını birdən təmir etmək mümkün deyil. Çalışırıq ki, zaman-zaman təmirə ehtiyac olan yolları bərpa edək”.
651 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber