Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2016

Milyonçular ölkəsi, dilənçilər vətəni

Vətəndaşın sürətlə müflisləşdiyi ölkədə milyonçuların sayı sürətlə artır

Londonda yerləşən nüfuzlu beynəlxalq şirkət olan “Knight Frank” LLC-nin “The Wealth Report” adlı hesabat yayıb. Hesabatda deyilir ki, son illər dünyada varlıların sayı sürətlə artdığından onların sayının ötən il 5.5 min nəfər azalması ümumi trendi dəyişməyib.

Belə ki, 2015-ci ildə multimilyonerlərin sayı 2005-ci ildəkindən 61 faiz çoxdur. Varlıların sayının ən sürətli artdığı ölkələr arasında birinci yerdə Monqolustan gəlir – 2005-ci ildən bu yana həmin ölkədə multimilyonerlərin sayında 475 faiz artım olub. Ikinci yerdə isə 444 faiz artımla Azərbaycan gəlir. Vyetnam 354 faizlə üçüncü yerdədir.


Sənəddə deyilir ki, 2005-ci ildə Azərbaycanda sərvəti 30 milyon dollar və daha çox olan şəxslərin sayı təqribən 1000 nəfər olub, 2015-ci ildə isə belələrinin sayı 5600 nəfərə çatıb.

Təbii ki, Azərbaycanda sərvəti 30 milyonu ötmüş nəinki 5600 nəfər, 56 nəfər iş adamı tapmaq da mümkün deyil. Yəni bu ölkədə bizneslə məşğul olan, hansısa sahədə uğur qazanaraq 30 milyon sərvət toplayan 5600 adam ola bilməz. Əgər belə olsaydı Azərbaycanı azad sahibkarlığın vətəni də adlandırmaq olardı. Deməli, milyonçuların sayının 444 faiz artması çirkli pulların hesabınadır. Yəni bu rəqəmlər korrupsiya dairəsinin daha çox böyüməsinin nəticəsidir. Bu ölkədə ən yüksək vəzifə tutanların aldığı maaş da məlumdur, orta aylıq əmək haqqı da.

Yəqin ki, milyarder məmurların müxtəlif adlar altında yığdıqları, ölkədən çıxardıqları pullardan söhbət gedir. Ölkədə minlərlə villa, bahalı avtomobil, yüzlərlə şadlıq sarayı, marketlər varsa və bunların əsasən kimlərə məxsus olduğu məlumdursa, 5600 adamın adına 30 milyon dollar olması da mümkündür. Yaxud ölkədə yüzlərlə göydələn ucaldılıb ki, bu tikintilərin dəyəri milyonlarla ölçülür. 2-3 milyon dəyərində göydələn tikən məmurun arxasında 30 milyon olması da məntiqlidir.

Pulu 30 milyonu ötmüş adamların sayının 444 faiz artması, həm də yoxsulluğun 444 faiz artmasıdır. Çünki, dövlət sərvətlərinin talanması hesabına yığılan pullar vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasına sərf oluna bilərdi. Ölkədə rəsmi olaraq milyonçular olmasa da, rəsmi olaraq 2.5 milyon vətəndaşın kredit borcu ödədiyi təsdiqlənir. Yəni bir qrup adamın sürətlə varlanması, milyonlarla insanın sürətlə yoxsullaşmasına xidmət edib.

Həqiqətən də analoqsuz ölkəyik. Ölkəyə neft pullarının axdığı son 10 ildə multimiloynerlərin sayı 444 faiz artır, amma ölkə əhalisi zəruri ehtiyaclarını ödəməkdən məhrum olur. Məsələ burasındadır ki, ölkə idxaldan asılı vəziyyətdədir, yerli istehsal yox səviyyəsindədir, bütün sahələr monopoliyadadır. Bir daha təsdiqlənir ki, belə bir reallıqda yalnız hökumət komandası qazana bilər. Məsələyə hansı tərəfdən yanaşsan, soyğunçuluq qoxusu gəlir. Xatırlayırsıza, bir müddət əvvəl də Azərbyacandan 95 milyard dollar çıxarılması təsdiqlənmişdi.

Ən dəhşətlisi isə budur ki, belə bir hökumət hələ də iş başındadır və vətəndaşa 10 manatlıq maaş artımın minnətini vurur. Yəni oğru elə bağırır ki, doğrunun bağrı yarılır. Həqiqətən də Azərbaycan milyonçular ölkəsi, dilənçilər vətənidir./azadlıq/
679 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:10
İmam Rzanın (ə) müsib