Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2016

Ərdoğanın oğlu İtaliyada qala bilmədi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal böyük ehtimalla İtaıiyanı tərk edib. Bu barədə Resto del Carlino nəşri məlumat yayıb. Qeyd edək ki, İtaliyada Bilal Ərdoğan barəsində araşdırmaya başlanılıb.

Nəşr Bilal Ərdoğanın iki il əvvəl Boloniyadakı universitetlərin birində doktorluq dissertasiyasını almaq məqsədi ilə İtaliyaya getdiyini yazır.

Bildirilir ki, Bilal Ərdoğanın tələsik Türkiyəyə qayıtmasının səbəbi onun barəsində bir neçə gün əvvəl çirkli pulların yuyulması iddiası ilə cinayət işinin qaldırılması ilə bağlı ola bilər. Bu iş Fransada sığınacaq alan türkiyəli biznesmen və siyasi fəal Murat Hakan Xuzanın şikayəti əsasında qaldırılıb. İddiada deyilirdi ki, Bilal İtaliyaya gedərkən özüylə böyük məbləğdə pul aparıb.
777 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber