Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2016

Nazirliyin idarə rəisi özünü körpüdən atmaq istədi

Müdafiə Sənayesi Nazirliyinin təhlükəsizlik idarəsinin rəisi Orxan Ağazadə intihara cəhd edib. Martın 3-dən 4-nə keçən gecə Cavanşir körpüsünün üstünə çıxan idarə rəisi oradan özünü atmaq istəyib.

O.Ağazadəyə ərazidən keçən polis əməkdaşları mane ola biliblər. Saxlanılan idarə rəisi polisə aparılıb. Olayın hansı səbəbdən baş verdiyi araşdırılır.

Musavat.com əməkdaşı olayla bağlı Müdafiə Sənayesi Nazirliyi ilə əlaqə saxlayıb dəqiqləşdirmə aparmağa cəhd edib. Lakin qurumda telefonlara cavab verən olmayıb.


Nizami Rayon Prokurroluğundan isə olayla bağlı araşdırma aparıldığı, O.Ağazadənin iş yerindəki mübahisə zəminində belə bir addım atmağa qərar verdiyini bildiriblər. Qeyd ediblər ki, araşdırma sonucunda hansı tədbirin görüləcəyi qərarlaşdırılacaq./musavat/
765 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı