Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2016

“Vətəndaş müharibəsi olacaq, xeyli kürd və türk öləcək”

HDP həmsədri Səlahəddin Dəmirdaş yaza qədər PKK və hökumət arasındakı gərginliyin artacağını açıqlayıb.

“Vaşinqton post” qəzetinə danışan kürd lider ölkədə qarşıdurmaların artacağını, vətəndaş müharibəsinin yaranacağını deyib:

“Yaza qədər PKK və hökumət arasındakı gərginlik arta bilər. Bu da xeyli kürd və türkün ölümü ilə nəticələnəcək. Qarşıdurmalar etnik vətəndaş müharibəsinə çevriləcək”.

Kürd qrupların Suriyada İŞİD-ə qarşı ən təsirli qüvvə olduğunu deyən Dəmirdaş PKK-nı müdafiə edib:

“Dünyanın bizə qarşı təşkil edilən hücumlara nə üçün səssiz qaldığını anlamırıq”.
731 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 16:38