Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2016

Alimlər xərçəng xəstəliyinin “zəif yerini” tapıblar

Britaniya qəzetləri xərçəng xəstəliyinin bütün növlərinin tamamilə müalicəsini təmin edəcək yeni üsulun tapıldığından yazır.

“The Daily Telegraph” qəzetində dərc olunmuş məqalədə deyilir ki, alimlər xərçəng xəstəliyinin “Axilles dabanı”nı aşkar ediblər və yeni müalicə metodu hətta xəstəlik orqanizmdə geniş yayıldığı hallarda da səmərəli olacaq.

Yeni üsulun müəllifləri bildirirlər ki, bütün növ xərçəng xəstəliklərini birləşdirən ümumi bir cəhət onların hamısının fərqləndirici “bayraq” daşımasıdır. İnsanın immun sistemi xəstəlikləri, o cümlədən xərçəngi də məhz onun özünəməxsus “bayrağından” tanıyır.


Xərçəngə qarşı indiyədək tətbiq olunan bütün üsullar ona görə səmərə vermirdi ki, xərçəng hüceyrələri son dərəcə sürətlə dəyişir, mutasiya edir və dərmanlara tabe olmurlar.

Lakin sözü gedən əlamət “bayraqları” hətta bu halda da dəyişməz qalır.

Hüceyrələrin ovlanması və artırılması
London Kollec Universitetindən və Britaniya Xərçəng Araşdırmaları Mərkəzindən olan tədqiqatçılar belə bir nəticəyə gəliblər ki, hətta mutasiyaya uğramış xərçəng hüceyrələrində də onların “imzasını” daşıyan molekullar mövcuddur.

Antigen adlandırılan bu molekullar immun sisteminin tanıdığı toksin maddələrdən ibarətdir.

Bu antigenlərə qarşı mübarizə aparan hüceyrələr orqanizmdə var, lakin onların sayı o qədər azdır ki, xərçəng hüceyrələri ilə bacara bilmirlər.

Məhz buna görə də yeni müalicə metodu bu hüceyrələrin “ovlanmasını və artırılmasını” və təkrar insan orqanizminə yeridilməsini nəzərdə tutur. “İnsanın immun sistemində xərçəngi tutmağa çalışan hüceyrələr cinayətkarı yaxalamağa çalışan polisi xatırladır” – deyib doktor Sergio Quezada.

Doktor Quezada Britaniya Xərçəng Araşdırmaları (Cancer Research UK) Mərkəzinin həkimi, habelə Kollec Universitetində İmmun Sisteminin Tənzimlənməsi və Xərçəng İmmunoterapiyası laboratoriyasının rəhbəridir./azadlıq/
1302 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı