Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2016

Bakıda daha bir ağır avtobus qəzası: 21 yaralı

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən son məlumata əsasən, Bakıda aeroport yolunda 160 saylı marşrut avtobusla “VAZ 2109” markalı avtomobil və daha bir neçə maşının toqquşması nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb.

***


Qəza Aeroport yolunda – «Buta» Palace-a yaxın ərazidə baş verib. «Toyota Prado», «Chevrolet», «Daevoo», sərnişin avtobusu və daha bir mikroavtobusun toqquşması nəticəsində onlarla yaralı var.

Yaralılar yol kənarındakı çəmənliyə səpəlinib.

Hadisə yerinə polis və təcili yardım qüvvələri cəlb olunub. İlkin məlumata görə, qəzaya səbəb «Prado»nun yoldan çıxaraq səkidən keçib qarşı yola çıxmasıdır.
712 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16